Avropa tədqiqatçıları sənaye komponentlərinin istehsalını 40% sürətləndirmək məqsədi ilə hibrid texnologiyasını inkişaf etdirirlər.
Hibrid texnologiyasından istifadə edilərək istehsal olunan üçölçülü printer böyük və ya kiçik strukturları qatranlardan və ya alüminiumdan quraşdırılmış lazer skaneri vasitəsilə millimetrin onda birinin dəqiqliyi ilə istehsal edə bilir. İstehsalçılar bu texnologiyanın böyük potensiala malik olduğunu qeyd edirlər.
Mühəndis İvan Monson Katalan cihazın böyük istehsal sahələrinə aparılmasının mümkün olduğunu vurğulayır. O, bildirir ki, platforma daha böyük vintə quraşdırılarsa, əhatəsi daha geniş ola bilər.
Cihaz real zaman rejimində idarə olunur. O, saatda 120 kq həcmində materialdan istifadə sürəti ilə onların fotopolimer qatranının qurğularını çap edir. Printerin analoqlarından fərqli cəhəti onun daha yığcam olmasındadır.
“Biz bir istehsal texnologiyasında bir neçə texnologiyanı birləşdirərək üçölçülü kompozisiya çap edə bilərik. Materialın qalınlığını tənzimləyərək həcm yaratmaq mümkündür. Platformanın çoxfunksionallığı və universallığı müxtəlif formalarla mürəkkəb konstruksiyaları hazırlamağa icazə verir”, - deyə M.Katalan qeyd edir
Mütəxəssislər yarımçıq detallara və son məhsula diqqət yetirərək istehsalın hər bir mərhələsini dəqiqliklə idarə edirlər. Onların məqsədi üçölçülü çapı optimallaşdırmaq, printerin effektivliyini yüksəltmək və materialın xərcini azaltmaqdır.
ru.euronews.com saytının məlumatına görə, bu qurğu əvvəlcə avtomobil sənayesi və inşaat sektoru üçün nəzərdə tutulsa da, tədqiqatçılar bu gün onun istifadəsinə daha geniş imkanlar yaradırlar.
Mühəndis Xose Antonio Dieste bildirir ki, qurğu gəmilərin və yaxtaların tikintisində faydalı ola biləcəyi üçün aviasiya sektorunun da diqqətini cəlb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.