Alimlər qurbağa hüceyrələrindən tamamilə proqramlaşdırıla bilən canlı varlıqlar yaradıblar. Onlar robot kimi idarə olunan canlı hüceyrələrin süni orqanizmlərini təşkil edirlər. Bu barədə Vermont Universiteti və Tufts Universitetinin alimləri tərəfindən edilən araşdırmada məlumat verilir.
Hər bir robotun uzunluğu təxminən 1 millimetrdir və əsasını embrion hüceyrələri təşkil edən “Xenopus laevis” qurbağa növlərinin şərəfinə "ksenobotlar" adlandırılıb.
hightech.fm saytının məlumatına görə, bu robotlar qurbağa embrionlarından alınan dəri və ürək hüceyrələrindən hazırlanır, superkompüter ilə düzəldilmiş sabit formalarda toplanır və Petri fincanına yerləşdirilir. Dəri hüceyrələri orqanizmə dördayaq ilə damcıya bənzər forma verir, ürək hüceyrələri orqanizmin içərisindəki qanı yelləyir və onların hərəkətinə kömək edir.
Sınaqlar göstərir ki, orqanizmlər yalnız yığılan rüşeym enerjisini işlədərək maye içərisində bir gündən bir neçə həftəyə qədər üzə bilmək imkanına malikdirlər. Onlar qruplarda, bir qayda olaraq, dairə üzrə üzür, hətta qranulları hərəkət etdikləri həcm mərkəzinə itələyə bilirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.