Xəbər verdiyimiz kimi, Las-Veqasda 4 gün keçirilən, bu il çox sayda maraqlı açıqlamalarla müşayiət olunan “CES 2020” beynəlxalq texnologiya sərgisi yanvar ayının 10-da öz işini yekunlaşdırıb.
Beynəlxalq sərgidə “ağıllı” ev, süni intellekt, 5G, qatlama maşınları, nəzarət texnologiyası, robototexnika ilə bağlı minlərlə yeni məhsul təqdim edilib. Sərgi iştirakçılarının böyük marağına səbəb olan eksponatlar arasında smartfonlar üçün “SelfieType” gözəgörünməz klaviaturası xüsusi yer tutub.
Cənubi Koreyanın “Samsung” şirkətinin istehsalı olan “SelfieType” smartfon sahiblərinə telefon ekranına toxunuşa alternativ olaraq, masa üstündə və ya başqa bir sərt səth üzərində yazı yazmağa imkan verir. Onun texnologiyası smartfonun ön kamerası və süni intellekt alqoritmlərə əsaslanır.
bbc.news.com saytının verdiyi məlumata görə, gözəgörünməz klaviatura istifadəçinin barmaqlarını telefonun ön kamerası ilə izləyir və toxunuşların “Qwerty” klaviaturasındakı yerə uyğunluğunu müəyyənləşdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.