“Samsung Electronics” şirkəti mikroprosessorların istehsalı üzrə dünyada ən iri zavodlardan birinin tikintisi ilə bağlı layihəyə start verib. Ümumi sahəsi 790 min kv. m olacaq zavoda 14,7 milyard dollar həcmində vəsait qoyulacaq. Tikintinin 2 ilə başa çatdırılması planlaşdırılır. Ekspertlərin qeyd etdiyinə görə, şirkət bu addımı elektronika, xüsusən də smartfon istehsalçıları ilə rəqabətdə geri qalmamaq məqsədilə atır.
cybersecurity.ru saytının bildirdiyinə görə, “Samsung” Cənubi Koreya ilə razılaşma haqqında artıq sənəd də imzalayıb. Zavodun inşaasına Pxentxek şəhərində 2015-ci ilin birinci yarısında start veriləcək. İstehsal isə 2017-ci ilin ikinci yarısına planlaşdırılıb. Tikinti və istehsal prosesinə ümumilikdə 150 min nəfərin cəlb ediləcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.