AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Application of the TOPSİS method to improve software efficiency and to optimize its management” (“Proqram təminatının səmərəliliyini artırmaq və idarəolunmasının optimallaşdırılması üçün TOPSİS metodunun tətbiqi”) adlı məqaləsi “Soft Computing” jurnalında nəşr olunub.
Məqalədə proqram təminatının səmərələliyini artırmaq və idarəolunmasını optimallaşdırmaq üçün metodoloji yanaşmadan istifadə etməklə qərarların qəbul edilməsi üçün TOPSİS metoduna müraciət edilib. Proqram təminatının kriteriyaları və alternativləri müəyyən edilərək digər işlərdə proqram təminatının iki və ya üç, proqram təminatının səmərəliyinin səkkiz xarakteristikasından istifadə edilib. Dörd ekspert proqramçının qiymətlərindən istifadə edilərək çox kriteriyalı qərar qəbul etmədə ən pis və ən yaxşı alternativlərin qiymətləri tapılıb. Qiymətlərin tapılmasında ekspertlərin bacarığı da nəzərə alınıb. Aparılan sınaqlar yaxşı nəticə verib.
Qeyd edək ki, “Springer Nature” akademik nəşriyyatı tərəfindən tərəfindən nəşr olunan “Soft Computing” jurnalı “Web of Science” (İF 2.784), “DBLP”, “EBSCO Academic Search”, “EBSCO Engineering Source“, “Google Scholar”, “SCOPUS”, “INSPEC”, “Institute of Scientific and Technical Information of China” beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.