Dünya iqtisadiyyatı kibercinayətkarlıq ucbatından 27 milyard dollar itirib

16 Oktyabr 2014 - 10:02 | Maraqlı məlumatlar
Dünya iqtisadiyyatı kibercinayətkarlıq ucbatından 27 milyard dollar itirib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

2013-cü ildə kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu zərər 2012-ci illə müqayisədə (18 milyard dollar) 1,5 dəfə artaraq 27 milyard dollar təşkil edib. lenta.ru saytının məlumatına görə, bu haqda informasiya təhlükəsizliyi üzrə konfransda “Group-IB” şirkətinin baş direktoru İlya Saçkov bildirib.

İ.Saçkovun fikrincə, informasiya təhlükəsizliyi üzrə klassik vasitələr artıq insidentlərin qarşısını almaq iqtidarında deyil: “Şirkət və ya dövlətin təkcə daxili mühitindəki vəziyyəti deyil, kibermühitin xarici indikatorlarını da daim izləmək lazımdır”. 

Məruzəçi kibercinayətkarların mobil bank xidmətləri sahəsində də fəallığının artdığını qeyd edib. İ.Saçkov bir il ərzində bədniyyətlilərin bankomatlara da hücum faktlarının artdığını bildirib. Onun sözlərinə görə, 2013-cü ildə kibercinayətkarlar Rusiya və MDB-nin İnternet-Bankinq sistemində fırıldaqçılıqdan, pul vəsaitlərinin mənimsənilməsi və digər əməliyyatlardan 426 milyon dollar məbləğində vəsait qazanıblar.

  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.