Alimlər ilk dəfə nanomateriallardan süni beyin yaradıblar

26 Dekabr 2019 - 16:17 | Texnoloji yeniliklər
Alimlər ilk dəfə nanomateriallardan süni beyin yaradıblar

Kaliforniya Universitetinin və Yaponiyanın Milli Material Elmləri İnstitutunun alimləri elektrik cərəyanı keçdikdə beyin funksiyalarını yerinə yetirən süni beyin şəbəkəsi yaradıblar.

Nanomateriallardan hazırlanan bu sistemdə həqiqi beyində meydana gələnlərə bənzər impulslar yaradılıb. Süni beyin şəbəkəsi gümüş nanoməftillərdən hazırlanıb. Nanoməftillərin bir-biri ilə kəsişdiyi yerlərdə sinir sinapslarına bənzər on milyona yaxın birləşmələr əmələ gəlir.

ferra.ru saytının məlumatına görə, süni beyin yadda saxlama, öyrənmə, unutma, həyəcanlanma və barışma kimi qabiliyyətlərə malikdir.

Cihaz olduqca kiçikdir. O, sadəcə 10 kvadrat metr yer tutur. İstehsalçılar bu texnologiyanın müasir kompüterlərdən fərqli olan ağıllı maşınların yaradılması üçün istifadə ediləcəyini qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.