Son onilliyin ən populyar proqramlarının siyahısı dərc edilib

19 Dekabr 2019 - 12:46 | Maraqlı məlumatlar
Son onilliyin ən populyar proqramlarının siyahısı dərc edilib

“App Annie” şirkətinin analitikləri son on ilin ən populyar, çox yüklənən və gəlirli proqramlarının reytinqini tərtib ediblər. Siyahıda daha çox ABŞ mütəxəssisləri tərəfindən yaradılmış proqramlar yer alıb.

belta.by saytının məlumatına görə, son onilliyin ən çox yüklənən proqramlarının siyahısında “Facebook”, “Facebook Messenger”, “WhatsApp” və “Instagram” ilk sıralarda qərarlaşıb. Beşliyə, həmçinin “Snapchat” daxil olub. Qeyd olunan ilk dörd proqramın bir şirkətə məxsus olduğu hər kəsə məlumdur.

Liderlərin onluğunu “Skype”, “YouTube”, “Twitter”, həmçinin iki Çin məhsulu – “TikTok” və “UC Browser” tamamlayır. Ən gəlirli proqramların reytinqində isə “Netflix”, “Tinder” və “Pandora Music” liderlik edir.

Qeyd edilir ki, son onillikdə ən populyar oyun “Subway Surfers” olub. İlk sıralarda, həmçinin “Candy Crush Saga” oyunu, “My Talking Tom” və “Temple Run 2” simulyatorları, həmçinin “Clash of Clans” strategiyası yer alıb. Sonuncu həm də onilliyin ən gəlirli oyunu statusunu qazanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.