"Samsung" ən sürətli wi-fi-ı təqdim edib

13 Oktyabr 2014 - 17:04 | Texnoloji yeniliklər
"Samsung" ən sürətli wi-fi-ı təqdim edib

"Samsung" şirkəti  məlumatların wi-fi  üzərindən ötürülməsi sürətini əhəmiyyətli dərəcədə artırıb

Şirkət sürəti 5 dəfə artıraraq 4,6 Qb/san-yə çatdırmağa nail olub. Bu da 1 saniyədə  575 MB  həcmində informasiyanı ötürməyə imkan verəcək. Bundan öncə isə maksimum sürət 866 Mbit/s təşkil edirdi  və 1 saniyədə ötürülən məlumatın həcmi 108 Mb idi.

it.tut.by saytının məlumatına görə, router və modemlər 2,4-5 GHz diapazonunda işləyir. Hazırda "Samsung" şirkəti 60 GHz tezlikdə işləmək üçün mövcud problemləri aradan qaldırmışdır.

Şirkət mütəxəssisləri sabit siqnal formalaşdıran modem və antenna hazırlayıblar. Bu yeni standartın geniş istifadəsinə 2015-ci ildən başlanacağı gözlənilir.

“Samsung”dan bildiriblər ki, 60 GHz tezlikdən istifadə edərək real vaxt rejimində yüksək keyfiyyətli "sıxılmamış" video ötürmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.