Rusiyalı cərrahlar yaraların bağlanmasının yeni metodunu sınaqdan keçiriblər

09 Dekabr 2019 - 16:53 | Maraqlı məlumatlar
Rusiyalı cərrahlar yaraların bağlanmasının yeni metodunu sınaqdan keçiriblər

Rusiyanın Səhiyyə Nazirliyinin “Radiologiya” şöbəsinin filialı, P.A.Hertsen adına Moskva Onkoloji Elmi-tədqiqat İnstitutunun proqnoz laboratoriyasının əməkdaşları “3D Bioprinting Solutions” şirkəti ilə birgə dəri qüsurlarının əvəzlənməsi, yaraların örtülməsi üçün implantatın bioçapı üzrə unikal eksperiment aparıblar.

meddaily.ru saytının məlumatına əsasən, implantat institutun tədqiqat laboratoriyasında aparılan əməliyyat zamanı çap edilib. Yeni metod bir neçə həftə ərzində gəmiricilərin üzərində sınaqdan keçirilib.

İmplantat “KUKA” şirkətinin robot-manipulyatorundan istifadə etməklə, birbaşa yaranın üzərinə çap olunub. Yəni çap prosesi əksər hallarda olduğu kimi, üfüqi səthdə deyil, yanlış formanın qüsurunun doldurulması üçün müəyyən bucaq altında həyata keçirilib. Bioprinter üçün mürəkkəb kimi “3D Bioprinting Solutions” laboratoriyasının xüsusi hazırlanmış kollagen materialından istifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.