Dünyanın ən reytinqli brendi bəlli oldu

10 Oktyabr 2014 - 15:20 | Maraqlı məlumatlar
Dünyanın ən reytinqli brendi bəlli oldu

“Interbrand” şirkəti “Best Global Brands” siyahısını dərc edib. Reytinqin lideri “Apple” şirkətidir. Şirkətin kapitallaşdırma dəyəri 21 % artaraq 118 milyard dollar təşkil edib.

İkinci yerdə “Google” şirkəti qərarlaşıb. Korporasiyanın dəyəri 15 % artaraq 107 milyard dollar olub.

Üçüncü yeri “Coca-Cola” (+3 %, 81 milyard dollar) şirkəti tutub. İlk onluqda texnologiya sahəsi ilə məşğul olan daha iki şirkət yer alıb. “Microsoft” (+3 %, 61 milyard dollar) beşinci pillədə, “Samsung” (+15 %, 45 milyard dollar) yeddinci pillədə qərarlaşıb.

lookatme.ru