“Uçan” qatar hazırlanıb

03 Dekabr 2019 - 16:48 | Texnoloji yeniliklər
“Uçan” qatar hazırlanıb

“Manyon” şirkəti təyyarənin və qatarın üstünlüklərini özündə birləşdirən ənənəvi nəqliyyat növlərinə bənzər alternativ hazırlayıb. Hazırlanmış konsept adi relslərin əvəzinə qatarın sanki uçacağı maqnit halqaların innovativ sistemindən istifadəni nəzərdə tutur.

ferra.ru saytının məlumatına görə, “uçan qatar yerə dəymədən quraşdırılmış halqaların arasından keçəcək. Elektromaqnit sahələrinin sayəsində uzunluğu 250 metr olan qatar saatda 800 kilometrə qədər sürətlə hərəkət edə biləcək.

Şirkətin mühəndisləri qatarın hərəkətinin ehtimal edilən marşrutunu da hesablayıblar. Onun Avropanın, Asiyanın, eləcə də Afrikanın 41 şəhərindən keçəcəyi, həmçinin Rusiyanın Moskva şəhərindən Çinin Şanxay şəhərinə 10 saat ərzində çatacağı güman edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.