Yeni virtual reallıq qurğusu onlayn həmsöhbətə toxunmağa kömək edir

28 Noyabr 2019 - 17:05 | Texnoloji yeniliklər
Yeni virtual reallıq qurğusu onlayn həmsöhbətə toxunmağa kömək edir

Alimlər uzaq məsafədə olan həmsöhbətin toxunuşunu hiss etməyə imkan verən unikal plastır yaradıblar. Yumşaq, simsiz silikon qurğu dəriyə yapışır və vibrasiya buraxır ki, bu da beyin tərəfindən toxunuşların bu və ya digər növləri kimi interpretasiya olunur. İstehsalçılar mexanizmin İnternetdə, telefon zəngləri zamanı, həmçinin oyunlarda toxunuşların təqlidi üçün istifadə ediləcəyinə inanırlar.

hi-news.ru saytının məlumatına görə, başqa ölkədə yaşayan qohum və ya tanışın toxunuşunu hiss etmək üçün istifadəçidən onun smartfonu və ya planşetinə simsiz rabitə vasitəsilə qoşulmuş plastırı yapışdırmaq tələb olunacaq. Elektron plastır 32 ötürücüdən ibarətdir və onların hər biri dəriyə toxunuşu hiss etməyə kömək edir.

Qurğunun ixtirası artıq yalnız virtual reallıq texnologiyalarını maksimum təkmilləşdirməyə imkan verməyəcək, həm də tibbi protezlərin hazırlanmasına yardımçı olacaq. Belə ki, yeni tipli əlavə reallıq qurğusunun tətbiqinin parlaq nümunələrindən biri ABŞ ordusunun veteranı, müharibədə sağ əlini itirmiş Harret Anderson ola bilər. Plastırı sağ qolunun dirsəklə pəncə arasındakı hissəsində daşıyan könüllü qurğudan istifadə zamanı öz protezinin barmaq uclarını hiss etdiyini əminliklə söyləyib. Tədqiqatçılar hesab edirlər ki, Anderson nümunəsi onu göstərir ki, əl-ayağını itirmiş insanların beyni fantom hissləri (bu, insanın itirilmiş əzasını hiss etdiyini sanmasıdır) qəbul etməyə öyrədilmiş ola bilər. Daha böyük müsbət nəticəyə nail olmaq üçün alimlər plastırı təkmilləşdirmək niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.