İnstitut əməkdaşları İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin II Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

03 Oktyabr 2014 - 16:00 | Mühüm hadisələr

1-3 oktyabr 2014-cü il tarixlərdə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin II Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), AR İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və “EcoMod Network” şirkətidir.

Forumun açılış mərasimində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, AMEA prezidenti, akademik Akif Əlizadə, İƏT-in baş katibi Şamil Ələsgərov və digərləri çıxış edib.

Təşkilata üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri, elm adamlarının iştirak etdiyi tədbirdə dünyanın 21 ölkəsindən nümayəndə iştirak edib və 26 ölkədən 200-dək məruzə təqdim olunub.

Forumda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun böyük elmi işçisi Roza ŞahverdiyevaAybəniz Əliyeva da iştirak ediblər.

Ə.Əliyev “İKT sferasında mövcud vəziyyətin çoxamilli reqressiya modeli vasitəsi ilə statistik təhlili”, Ə.Əliyev və R.Şahverdiyeva həmmüəllifi olduqları “Müəssisənin innovasiya fəaliyyətinin səmərəliyinin yüksəldiməsi üzrə idarəetmə qərarlarının qəbulunun iqisadi-riyazi modelləşməsi”, Ə.Əliyev və A.Əliyeva isə “İnformasiya iqtisadiyyatının inkişaf səviyyəsinin təhlili və qiymətləndirilməsi üzrə monitorinq sisteminin işlənilməsi” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.