“Tezliklə robotlar insanlardan daha ağıllı olacaq”

18 Noyabr 2019 - 13:00 | Maraqlı məlumatlar
“Tezliklə robotlar insanlardan daha ağıllı olacaq”

Süni intellektə sahib kompüterlərin özləriniöyrənmə qabiliyyəti onların daha “ağıllı” olmasına imkan yaradır. 2013-cü ildə aparılan araşdırmalarda onların dörd yaşlı bir uşaqla eyni səviyyəli zəkaya sahib olduqları müəyyən olunub.

interesnosti.com saytının məlumatına əsasən, 1930-cu ildən bəri dünyanın ən yaxşı riyaziyyatçılarının həllini tapa bilmədikləri “Erdöş uyğunsuzluğu problemi” kimi tanınan mürəkkəb riyazi problemi superkompüterlər 2014-cü ildə həll edə biliblər.

Məşhur futurist Rey Kursveylin proqnozlarına görə, 2029-cu ilə qədər süni intellekt sistemləri həddi-büluğa çatmış yeniyetmə qədər ağıllı olacaq. Sürətlə davam edən bu inkişaf nəticəsində tezliklə süni intellekt ən yaxşı insan ağlını da geridə qoyacaq. R.Kursveyl qeyd edir ki, cəmiyyət fövqəladə dərəcədə sürətli elmi-texnoloji tərəqqiyə hazırlaşmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.