“RİNTİ-2019” – “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” XVIII beynəlxalq konfransı keçiriləcək

15 Noyabr 2019 - 17:37 | Elanlar
“RİNTİ-2019” – “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” XVIII beynəlxalq konfransı keçiriləcək

21 noyabr 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində Belarusiya Milli Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Mərkəzi Elmi Kitabxanası və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (RINTI-2019) XVIII Beynəlxalq konfransı keçiriləcək.

“RINTI-2019”da rəqəmsal çevrilmənin elmi, metodiki, informasiya, texnoloji və hüquqi təminatı, elmi və texniki məlumatların avtomatlaşdırılmış sistemləri, innovativ fəaliyyətin informasiya təminatı, kitabxana və informasiya sistemləri texnologiyaları, iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşmasının sosial aspektləri, informasiyalaşdırmada psixoloji aspektlər kimi mövzularda məruzələr dinləniləcək.

Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunu şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş mütəxəssis Əfruz Qurbanova, böyük elmi işçi Könül Daşdəmirova və elmi işçi Səadət Abdullayeva təmsil edəcəklər.

Konfransda onların “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi”“İnternet sosiologiyasının mövcud vəziyyəti və problemləri”“Veb saytların qiymətləndirilməsi” mövzusunda məruzələri təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.