Yeni tətbiq sayəsində hər kəs yaxınlıqdakı dronları izləyəcək

15 Noyabr 2019 - 10:50 | Maraqlı məlumatlar
Yeni tətbiq sayəsində hər kəs yaxınlıqdakı dronları izləyəcək

Dünyanın ən böyük pilotsuz uçan aparat istehsalçısı Çin şirkəti “DJI” hər bir  smartfon sahibinə ən yaxın dronları müəyyən etməyə imkan verən texnologiyanın yaradılması üzərində işləyir. Şirkət 2020-ci ildə pulsuz mobil proqramı təqdim etməyi planlaşdırır.

Pilotsuz uçuş aparatlarının ən məşhur istehsalçılarından biri olan “DJI” şirkəti smartfonu olan hər kəsin yaxınlıqdakı dronları izləməsinə imkan verən texnologiya üzərində işləyir. “DJI” mütəxəssisləri bunun pilotsuz sənayedə daha da şəffaflığa səbəb olacağını izah edib.

hightech.fm saytının məlumatına əsasən, izləmə texnologiyası ABŞ-da istifadəçilər üçün 2020-ci ildə smartfon tətbiqi vasitəsi ilə əlçatan olacaq. Onlar pilotsuz təyyarənin nömrəsini, habelə yerini, hündürlük, sürət və hərəkət istiqamətini müəyyənləşdirmək üçün bu tətbiqdən istifadə edəcəklər. Vətəndaşların təhlükəsizliyini, etibarlılığını və dincliyini təmin etmək yeni texnologiyanın əsas məqsədidir.

Şirkət nümayəndələri qeyd edirlər ki, tətbiq “Wi-Fi Aware”nın dəstəyi ilə smartfonlardan istifadə edərək 1 km radiusda dronlar üçün işləyəcək. Sistem nəinki, “DJI” istehsalı, eləcə də bir neçə il ərzində istehsal olunan bütün dronlarla işləməyi planlaşdırır. Qeyd edək ki, şirkət hələ də uyğun cihazların siyahısını tamamlamayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.