Ultrasəs dalğalarından təsvirlər yaradan cihaz hazırlanıb

15 Noyabr 2019 - 10:29 | Texnoloji yeniliklər
Ultrasəs dalğalarından təsvirlər yaradan cihaz hazırlanıb

İngiltərənin Sasseks Universitetinin tədqiqatçıları obyektləri 3D şəklində göstərən cihaz yaradıblar. Şəklə baxmaq üçün ekran tələb olunmaması və onun istənilən bucaq altında görünməsi cihazın əsas özəlliyidir.

Texnologiyanın mahiyyəti kiçik dalğaları havada saxlamaq üçün səs dalğasının titrəməsindən istifadə etməkdir. Son bir neçə ildə bu üsul mühəndislərin müxtəlif səs effektləri yaradan kiçik hissəcikləri dəf və cəlb etməyə icazə verdiyi akustik sistemlərdə də istifadə edilib.

Tədqiqatçılar istənilən bucaqdan görünə biləcək real 3D görüntülər sistemini multimodal akustik tələ ekranı (multimodal acoustic trap display, MATD) adlandırırlar.

hightech.fm saytının məlumatına görə, mütəxəssislər sadə texnologiyadan istifadə edərək təsvirləri kiçik dinamik tətbiq olunan iki üfüqi lövhənin arasında yaradırlar. Sınaqlarda 512 dinamikdən istifadə edilib və onlar ultrasəs diapazonunda səs dalğalarını yayır, dalğalar isə öz növbəsində havada titrəyişlər yaradır. Şəkillər yan tərəfi 10 sm olan kub şəklində hava məkanında meydana gəlir.

Normal görüntü əldə etmək üçün tədqiqatçılar bu məkanı RGB - qırmızı, yaşıl və mavi işıqların köməyi ilə canlandırırlar. İnsan gözü bu təsviri bütöv görüntü kimi qəbul edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.