Azərbaycanın bölgələrində elektron imza əldə edənlərin sayı sürətlə artır

02 Oktyabr 2014 - 11:51 | Mühüm hadisələr
Azərbaycanın bölgələrində elektron imza əldə edənlərin sayı sürətlə artır

Ölkəmizdə indiyədək istifadəyə verilən elektron imza sertifikatlarının sayı 24 mini ötüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, cari ilin sentyabr ayına olan statistikaya əsasən, bu günə qədər dövlət qurumlarına 15310 e-imza sertifikatı, fiziki şəxslərə 5493 e-imza sertifikatı, hüquqi şəxslərə isə 3583 e-imza sertifikatı hazırlanaraq təhvil verilib.

Ümumilikdə 24386  e-imza sertifikatı təhvil verilib və sentyabr ayı ərzində verilən sertifikatların sayı avqust ayı ilə müqayisədə təxminən 1600 ədəd çoxdur.

Qeyd edək ki, paytaxtdan kənar regionlarda da e-imza kartından istifadə xeyli artıb. Ayrı-ayrı dövlət qurumları tərəfindən təşkil olunmuş maarifləndirici seminarların bu sahədə müsbət rolu danılmazdır. Bu seminarların başlıca məqsədi vətəndaşlara elektron xidmətlər, eləcə də, elektron imza kartı barədə məlumat vermək və onlara istifadə bacarığını aşılamaqdır.

mincom.gov.az