Elastik qurğuların istehsalı yalnız smartfon seqmentinə deyil, həm də kompüter aksesuarları istehsalçılarına öz təsirini göstərib. “Microsoft” şirkəti ovuc forması şəklində bükülən orijinal “maus” təqdim edib. “Office 365” ofis paketinə sürətli girişə malik erqonomik klaviatura isə şirkətin ikinci yeniliyi olub.
4pda.ru saytının məlumatına əsasən, aksesuarın formasının dəyişdirilməsi “Microsoft Mavic Arc Mouse” qurğusunun əsas özəlliyidir. “Microsoft” nümayəndələrinin sözlərinə görə, qurğu baqajda çox yer tutmadığına görə daşınma üçün mükəmməl vasitə hesab olunur.
“Maus” “Bluetooth 4.0/4.1” protokolu vasitəsilə kompüter və ya noutbukla sinxronlaşdırılır. Optik sensorun təsvir ölçüsü 1000 dpi təşkil edir. Aksesuar çəhrayı, yaşıl, mavi və qara kimi rənglərdə əlçatandır.
“Microsoft Kill” klaviaturası şirkətin ikinci yeniliyidir. İstifadəçinin mətni daha rahat daxil etməsi üçün klaviaturanın klavişləri əlverişli şəkildə yerləşdirilib. Uzun müddət mətnin yığılması zamanı barmaqların yorulmaması üçün aksesuarın erqonomikası mərkəzi hissədə tipik əyilməni də nəzərə alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.