“Alexa” səs köməkçisi qətl hadisəsini araşdırmağa kömək edir

04 Noyabr 2019 - 14:26 | Texnoloji yeniliklər
“Alexa” səs köməkçisi qətl hadisəsini araşdırmağa kömək edir

ABŞ-ın Florida ştatında yerləşən Hallandeyl Biç şəhər polisi “Amazon Echo” qurğusunun qeydə aldığı qətl hadisəsini araşdırır. O, cütlüyün mübahisəsini və qətl anını yazıb. Polis faydalı informasiya ehtiva edəcəyini düşünərək, “Amazon”dan audioyazını tələb edib. Şirkət məlumatların açıqlanmasına razılıq verib. Qadının ölümünü araşdıran polis bir neçə “Amazon Echo” qurğusundan audioyazıları əldə edib.

hightech.fm saytının məlumatına görə, dinamiklər danışıqları həmişə “eşidir”, lakin bəzən yazmır. “Ağıllı” səsgücləndiricilər “Alexa”, “Ok Google” və ya “Ey Siri” kimi sözləri aşkar etmək üçün audio-fraqmentləri təhlil edir. Bu sözlər deyilməyibsə, səs yazılmır.

“Amazon” şirkəti “CBS” telekanalına verdiyi açıqlamada hüquqi məcburi əmr olmadıqda müştəri məlumatlarını ötürmədiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.