Massaçusets Texniki Universitetinin (MIT) mühəndisləri uzaqdan idarə edilə bilən robot hazırlayıblar. Bu robotların idarə olunmasında operatorlar xüsusi jiletdən istifadə edirlər.
Bu gün robot texnikasının əsas problemlərindən biri robotların balanslılıq hissidir. Onlar qaçmağı, tullanmağı və sürüşməyi bacarsalar da, hələ də insanlar kimi tarazlığını saxlaya bilmirlər.
hightech.fm saytının məlumatına əsasən, bu problemi həll etmək üçün mühəndislər eyni vaxtda həm robota, həm də operatora taxılan, insanın bütün hərəkətlərini təkrarlamağa məcbur edən xüsusi jilet hazırlayıblar.
Tədqiqatçılar hesab edirlər ki, belə bir sistem istehsal qəzalarını və digər texnoloji fəlakətləri aradan qaldırmaq məsələlərində robotlardan istifadəyə imkan verəcək.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Perdyu Universitetinin “Sənaye Mühəndisliyi Məktəbi”ndən olan mühəndislər qrupu robotların öz yapışqan dilinin sürətlənməsi üçün yığılmış enerjidən istifadə edən buqələmunların, salamandrların və qurbağaların qabiliyyətini təkrarlayan yeni sinifini hazırlayıblar. Bu hadisə robotlarda yığılmış elastik enerjidən istifadə etməklə güclü və yüksək sürətli hərəkətlərin mənimsənilməsinə səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.