Qaçaqmalçılıqla robotlar mübarizə aparacaq

30 Sentyabr 2014 - 17:11 | Texnoloji yeniliklər
Qaçaqmalçılıqla robotlar mübarizə aparacaq

Massaçusets Texnoloji Universitetinin alimləri futbol topu böyüklüyündə oval formalı sualtı robot yaradıblar. Robot gəminin alt hissəsinə enərək ultrasəsin köməyilə qaçaqmalı axtarmaq  qabiliyyətinə malikdir. Yeni icad Çikaqoda intellektual robot və sistemlər üzrə keçirilmiş beynəlxalq konfransda təqdim edilib.

Robotlar 3D-printerində çap edilib və qiyməti 600 ABŞ dollarınadır. lenta.ru saytının məlumatına görə, maşının yarı hissəsi sudan mühafizə olunub: orada elektronika – idarəetmə sxemləri, akkumulyatorlar, rabitə antennası, inersiya ölçü bloku yerləşir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.