Beynəlxalq alimlər komandası universal kvant kompüteri üçün prosessor hazırlayıblar.
Kvant kompüterləri klassik maşınlar üçün çox mürəkkəb olan problemləri həll etsələr də bunun üçün dəqiq olan çox sayda komponent lazımdır.
Hələ çox kiçik olan müasir kvant kompüterləri tez-tez səhv edirlər. Avstraliya, Yaponiya və ABŞ-dan olan alimlərin təklif etdiyi qrup vəziyyətinin yeni konstruksiyası lazımi miqyası təmin edərək klassik kompüterləri üstələyir.
hightech.plus saytının məlumatına əsasən, klaster vəziyyəti kvant hesablamalarını yerinə yetirən bir çox dolaşıq kvant komponentidir. Klaster vəziyyəti real problemlərin həllində faydalı olmaq üçün kifayət qədər böyük olmalı və dolaşıqlığın düzgün strukturuna malik olmalıdır.
Melburn Universitetinin mütəxəssisi Nikolas Menikuççinin sözlərinə görə, bu 20 il ərzində təklif edilsə də elm adamları onun hər ikisinə eyni anda nail ola bilməyiblər: “Hər ikisini ilk dəfə biz əldə etmişik”.
Bu kimi konstruksiya böyütmə imkanına malik olan böyük ikiölçülü klaster vəziyyətini yaratmağa imkan verir. Bu da universal kvant kompüterinin yaradılması üçün kifayətdir.
Sıxılma səviyyəsi keyfiyyət ölçüsü hesab olunsa da hazırda bu, praktik məsələlərin həlli üçün əhəmiyyətsizdir. Lakin qeyd etmək lazımdır ki, təklif edilən sxem sıxılmanın yüksək səviyyələrinə nail olmağa imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.