İnstitutun elmi işçisi elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olub

29 Sentyabr 2014 - 10:10 | Mühüm hadisələr
İnstitutun elmi işçisi elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olub

AMEA Rəyasət Heyətinin iclasında 2014-cü il AMEA-nın elmi müəssisə və təşkilatları üçün elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul məsələsi müzakirə olunub.

İclasda İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevanın elmlər doktoru hazırlığı üzrə dissertasiya işinin mövzusu təsdiq olunub.

Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi mövzusunda texnika elmləri doktoru elmi dərəcəsi almaq iddiasında olan F.Abdullayevanın elmi məsləhətçisi İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

Tədbirdə, həmçinin cəmiyyət üçün mühüm aktuallıq kəsb edən dissertasiya mövzularının seçilməsinin vacibliyi qeyd olunaraq elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.