“SMAU 2019 – beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi” keçiriləcək

18 Oktyabr 2019 - 11:21 | Elanlar
“SMAU 2019 – beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi” keçiriləcək

23-24 oktyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində “SMAU 2019 – beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi” keçiriləcək.

1964-cü ildən keçirilən sərgidə informasiya, telekommunikasiya və rəqəmsal texnologiyanın əldə etdiyi ən son nailiyyətlər nümayiş olunacaq.

expoclub.ru saytının verdiyi məlumata görə, beynəlxalq sərgi açıq havada – 2005-ci ildə istifadəyə verilən, dünyanın ən böyük komplekslərindən biri Fiera Milano sərgi mərkəzində keçiriləcək.

“SMAU 2019” çərçivəsində informasiya texnologiyaları sahəsində müəyyən çətinliklərlə üzləşən kiçik və orta sahibkarlıq müəssisələri üçün “Digital Workstyle” adlı seminarın, həmçinin texnoloji yeniliklərə və bu sahədə əldə olunan uğurlara həsr edilən dəyirmi masa, treninq və diskussiyaların keçirilməsi nəzərdə tutulub.

Tədbirin “İnnovation İtineraries” layihəsi İKT dünyasının ən böyük “oyunçularını” bir yerə toplayacaq. Burada dünyanın bir çox universitetlərinin, elmi-tədqiqat laboratoriyalarının, innovativ tərəqqi qazanmış qabaqcıl şirkətlərin nümayəndələri informasiya texnologiyaları, telekommunikasiya, aerokosmik sənaye, robototexnika, bio və nanotexnologiya, habelə tibb sahəsində əldə etdikləri ən son nailiyyətləri  təqdim edəcəklər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.