Məlumdur ki, körpülərdən kosmik stansiyalara qədər istənilən strukturların tikintisinə orijinal yanaşmanı ABŞ mühəndisləri təqdim ediblər. Artıq robotların yeni tipi mürəkkəb alqoritm və tənzimləyicilərə ehtiyac olmadan işləmək imkanına malikdir.
“MIT” mühəndislər komandası öz yeni robotunu “BILL-E” (Bipedal Isotropic Lattice Locomoting Explorer) adlandırıb. Onların hər biri oynaqla kiçik avtomatik hərəkət edən əli xatırladır. Əlin hər iki tərəfində istehsalçıların “voksellər” adlandırdığı xüsusi kub konstruksiyaları məharətlə tutan qısqaclar mövcuddur.
hightech.plus saytının məlumatına görə, voksellər “BILL-E”ə mürəkkəb kamera, sensor və alqoritmlər olmadan üçölçülü sahə üzrə hərəkət etməyə imkan verirlər. Onlar addımları hesablayaraq sadəcə öz vəziyyətlərini izləyirlər.
Bundan başqa, “BILL-E” naviqasiya sistemi əlavə vahidləri özündə birləşdirərək asanlıqla genişlənə bilmək imkanına malikdir. Proqram bir neçə robota bir-birinə mane olmadan inşaatda birlikdə işləməsinə imkan yaradır.
Bu kimi sistemin digər üstünlüyü ondan ibarətdir ki, sınan sturukturu təmir etmək üçün yalnız sındırılmış vokseli yenisi ilə əvəz etmək lazımdır.
Yeni sxem kosmik stansiya və peyklərin tikintisi üçün mükəmməl vasitədir. Çünki, ucuz və yığcam “BILL-E” tikdiyi və xidmət etdiyi yerlərdə “yaşaya” bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.