“Oppo” şirkəti Çində ən məhsuldar smartfonlarından birini təqdim edib. “Reno Ace” adlı smartfon “Snapdragon 855 Plus” prosessoru, “Full HD” formatlı 6,5 düymlük displey, həmçinin 4 kamera ilə təchiz edilib. Aparat 13 meqapiksellik və 5 qat zum funksiyasına malik teleobyektivə malikdir. Həmçinin genişbucaqlı kamera və ağ-qara sensor mövcuddur.
hitech.vesti.ru saytının məlumatına görə, əməli yaddaşın tutumu 12 Gb təşkil edir. “Dolby 5.1” texnologiyası, kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi mövcuddur.
“Reno Ace” smartfonuna 4000 milliamper/saat tutumunda ikielementli akkumulyator quraşdırılıb. Sürətli enerji doldurmaq üçün 65 vatlıq “SuperVOOC” texnologiyası hazırlanıb. “Oppo” şirkətinin rəsmi nümayəndəsi bildirib ki, batareya 30 dəqiqə ərzində tam (100%) enerji toplayır. 5 dəqiqəlik şarj isə qurğudan 2 saat istifadə etmək üçün kifayət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.