"Google" internetin paylanması üçün aerostatlar hazırlayır

25 Sentyabr 2014 - 15:43 | Texnoloji yeniliklər
"Google" internetin paylanması üçün aerostatlar hazırlayır

"Google" şirkəti təxminən növbəti il üçün ilk aerostatları işə salmağı nəzərdə tutur. Yeni qurğu Yer kürəsinin çətinliklə gedilə bilən və ya ən kasıb regionlarına daimi olaraq yüksək sürətli internet "ötürəcək". Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

lenta.ru saytının məlumatına görə, şirkət artıq bir neçə ildir ki, aerostatların köməyi ilə internetlə təminatı nəzərdə tutan Project Loon layihəsini inkişaf etdirir. Layihə Google Glass eynəyi və pilotsuz avtomobillərin hazırlandığı Google X laboratoriyası çərçivəsində aparılır.

“Project Loon” layihəsinin rəhbəri Astro Teller “EmTech” konfransında çıxışı zamanı bildirib ki, “Google” ən iddialı layihələrindən biri üzrə arzulanan nəticəyə nail olub və artıq növbəti il daimi əsasda işləyəcək ilk aerostatları istehsal etməyi planlaşdırır.

Qeyd edək ki, bu texnologiya artıq Yeni Zelandiya, Braziliya və ABŞ-ın bir neçə ştatında sınaqdan keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.