Biofizik, Moskva Fiziki-Texniki İnstitutu və İ.M.Seçenov adına Tibb Universitetinin məzunu Vladimir Kozlov analoqu olmayan unikal qlyukometr hazırlayıb. Sistem qanda şəkərin səviyyəsini dərini deşmədən ölçməyə imkan verəcək. Qlyukometr qulağa taxılan klipsadan ibarətdir.
meddaily.ru saytının məlumatına görə, şəkərin göstəriciləri kapilyarlardan keçən qanla işığın udulması üzrə təyin edilir. Qanda şəkərin konsentrasiyası nə qədər yüksək olarsa, işıq o qədər çox udulur. Ölçmə hər 30 saniyədə qulağın sırğalıq hissəsinə infraqırmızı şüanın salınması hesabına aparılır. Qurğu 80 faiz dəqiqliklə işləyir.
Toplanmış məlumatlar sistem tərəfindən emal edilir və smartfona ötürülür. Smartfonda xüsusi proqram vasitəsilə dinamikanı izləmək mümkündür. Gələcəkdə bu proqram “Google Play” platformasında yükləmə üçün əlçatan olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.