“Microsoft” xəbər mətnlərinin altında şərhlər yarada bilən bot hazırlayıb. “DeepCom” kimi tanınan süni intellekt “Microsoft” şirkəti və Çinin Beyxan Universitetinin mühəndislər qrupu tərəfindən hazırlanıb.
“Xəbərlərə şərhlərin avtomatik yaradılması real əlavələr üçün faydalıdır, lakin hələ tədqiqat cəmiyyətləri tərəfindən kifayət qədər diqqət cəlb etməyib”, – botun müəllifləri bildiriblər.
habr.com saytının məlumatına görə, məqalələrin altında şərhlərin generasiyası real oxucularda maraq oyada bilər. Layihə müəllifləri həmçinin hesab edirlər ki, açıq dialoq insanlara öz fikirlərini müzakirə etməyə və yeni informasiyaları bölüşməyə imkan verir.
“Bu kimi sistemlər xəbər saytı üçün şərh yazma imkanı ilə təmin edə, daha az şərh edilən xəbərlərin oxunma imkanlarını genişləndirə və süni intellektin çat-botlar kimi əlavələrin bacarıqları siyahısını zənginləşdirə bilərlər”, – deyə istehsalçılar bildiriblər.
Lakin “DeepCom”un bir çox potensial çatışmazlıqları mövcuddur. Məsələn, cəza rejimləri bu modeldən təbliğatın aparılması üçün istifadə edə bilərlər. Yaradılmış saxta şərhlər, həmçinin botlar və insanların arasında mübahisələrin başlamasına və nəticədə dezinformasiyanın yayılmasına səbəb ola bilər. Cinayətkarların botlardan məhsulların reklamı və ya spamın yerləşdirilməsi üçün istifadə etməsi də mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.