“Oak Ridge” Milli Laboratoriyasının dünyada ən sürətli Summit superkompüteri tədqiqatçılara xərçəngin tədqiqi üçün neyron şəbəkələrini avtomatik layihələndirməyə kömək edəcək alqoritmlərin hazırlaması üçün istifadə olunur. Bu həkimlərə şişlərin xarakterini daha sürətli tanımağa imkan verəcək.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2025-ci ilə qədər xərçəng diaqnozu qoyulma hallarının sayı ildə 21,5 milyona çatacaq. Hazırda bu rəqəm 18 milyondur.
“Oak Ridge” Milli Laboratoriyası və Nyu-York ştatının Stony Brook Dövlət Universitetinin əməkdaşları hesab edir ki, bunun üçün həkimlərə ildə təxminən 200 milyona yaxın analiz tədqiq etmək lazım olacaq.
habr.com saytının məlumatına əsasən, laboratoriyanın komanda heyəti “Python”da yazılmış şişlərin şəkillərini yoxlayan və yeni neyroşəbəkə modellərini yaratmaq imkanına malik olan “MENDLL” adlı proqram təminatını hazırlayıb.
Proqram və tədqiqatın müəlliflərindən biri Robet Patton qeyd edib ki, patologiyanın görüntüsündə yeddi müxtəlif xərçəng növünü axtarmaq imkanına malik olan neyron arxitekturasında çox dəqiq nəticə əldə etmək mümkündür.
Proqramın təlimi üçün əl ilə təsnif edilmiş 86 min şəkil istifadə olunub. Onlardan 64.381 şəkildə təhlükəsiz qəfəslər, 21.773 şəkildə isə xərçəng təsvir edilib. Şəkillərdə xərçəngin süd vəzi, yoğun bağırsaq, ağciyər, mədəaltı vəz, prostat vəzi, dəri və sümük xərçəngi kimi yeddi müxtəlif növü təsvir edilib. “MENDLL”in hazırladığı neyroşəbəkə modelləri nəticəni 0,839 bal dəqiqliklə göstərib. Burada mükəmməl variant 1 baldır və o, saniyədə 7.033 görüntü emal edə bilir.
Müqayisə üçün qeyd edək ki, əl ilə hazırlanmış “Inception” adı ilə tanınan çox dəqiq neyron şəbəkəsi 0,899 balı daha dəqiq müəyyənləşdirir, lakin saniyədə 433 şəkli təhlil etmək imkanına malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.