Britaniya polisi “Facebook” və “WhatsApp”da yazışmalara giriş imkanına malik olacaq

30 Sentyabr 2019 - 16:05 | İnternet-50
Britaniya polisi “Facebook” və “WhatsApp”da yazışmalara giriş imkanına malik olacaq

ABŞ-ın sosial şəbəkələri (xüsusilə “Facebook” və “WhatsApp”) London və Vaşinqton arasında imzalanacaq yeni razılaşmaya uyğun olaraq, istifadəçilərin şifrələnmiş mesajlarını Böyük Britaniya polisinə ötürməli olacaq.

lenta.ru saytının məlumatında bildirilir ki, sözügedən razılaşmanın oktyabrda imzalanması planlaşdırılır. Agentliyin məlumatına əsasən, bu razılaşma sayəsində Britaniyanın hüquq-mühafizə orqanları xüsusilə ağır cinayətlərin istintaqı zamanı informasiya əldə edəcəklər. Bu halda ABŞ ölüm hökmü ilə cəzalandırılanlar istisna olmaqla, Böyük Britaniyadan əldə edilmiş informasiyanı heç bir işdə istifadə edə bilməz.

Qeyd edək ki, cari ilin may ayında “Telegram”ın təsisçisi Pavel Durov bildirmişdi ki, “WhatsApp” messenceri heç vaxt istifadəçilər üçün təhlükəsiz olmayıb və olmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.