“Apple” 3 günə 100 milyon yeni iPhone satıb

24 Sentyabr 2014 - 10:00 | Maraqlı məlumatlar
“Apple” 3 günə 100 milyon yeni iPhone satıb

Apple” şirkəti 3 günə 10 ölkədə 100 milyon ədəd yeni “iPhone 6” və “iPhone 6 Plus” satıb. Smartfonların satışı ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Honkonq, Kanada, Puerto-Riko, Sinqapur, Fransa və Yaponiyada həyata keçirilib.

ictnews.az saytının məlumatına görə, Azərbaycanda funksionallığı  və dizaynı daha da təkmilləşən yeni "iPhone"lar ötən şənbədən etibarən satışa çıxarılıb.

Sentyabrın 26-dan hər iki model daha 20 ölkənin bazarına çıxarılacaq. İlin sonunadək isə smartfonlar artıq 115 ölkədə əlyetərli olacaq.

Şirkətdən “ağıllı” telefonlara olan tələbin təklifi üstələdiyi  bildirilib. “Komandamız istehsal həcmində uğurlara nail olsa da, biz bundan da çox yeni iPhone sata bilərdik. Hazırda daxil olan sifarişləri yerinə yetirmək üçün bütün qüvvəmizi səfərbər etmişik” – deyə “Apple”in baş direktoru Tim Kuk bildirib.

lenta.ru saytının bildirdiyinə görə, Rusiyada 4,7 düym ekranlı “Apple iPhone 6”nın qiyməti 32-42 min rubl (649-853 AZN), ekranının diaqonalı 5.5 düym olan “iPhone 6 Plus”un qiyməti isə 37-47 min rubl, (751-954 AZN) civarında olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.