Superkompüterə ən maraqlı riyazi məsələlərdən birini həll etməyə imkan verən alqoritm yaradılıb

12 Sentyabr 2019 - 11:44 | Maraqlı məlumatlar
Superkompüterə ən maraqlı riyazi məsələlərdən birini həll etməyə imkan verən alqoritm yaradılıb

Riyaziyyatçı Endryu Suterland elmi mühitdə çoxdan mövcud olan fərziyyəni sübut etməyə imkan verən düstur hazırlamağa müvəffəq olub. Alim kuba yüksəldilmiş hansı üç ədədin cəminin 42 alındığını müəyyənləşdirib. 

65 il öncə, 1954-cü ildə fərziyyə irəli sürülmüşdü ki, 1-dən 100-ə qədər bütün həqiqi ədədləri başqa üç ədədin kubunun cəmi şəklində təqdim etmək olar. Bir çox qiymətlər üçün sübutu kifayət qədər tez tapmaq mümkün olub, lakin bu ilin başlanğıcında mütəxəssislər cəmdə 33 və 42 alınan qiymətləri seçməyə müvəffəq olmayıblar. Bu yaxınlarda Bristol Universitetinin riyaziyyatçısı Endryu Buke superkompüterin köməyi ilə üç həftə ərzində x^3+y^3+z^3=33 üçün həll tapmağa müvəffəq olan alqoritm yaradıb.

onauke.info saytının məlumatına görə, Massaçusets Texnologiya İnstitutundan olan riyaziyyatçı təxminən eyni üsuldan istifadə edərək cavabı 42 olan məsələni həll etmək üçün yenidən superkompüterdən istifadə edib. Endryu Suterlandın planı müvəffəqiyyətlə nəticələnib. Ekspert könüllülərin beş yüz min ev kompüterinin resurslarından istifadə edərək axtarılan düsturun üç on yeddi rəqəmli ədədi ehtiva etdiyini göstərən hesablamalar təşkil edib. “Həyatın və kainatın əsas sualı” cavabı ilə birlikdə aşağıdakı kimi olub: (-80538738812075974) ^3 + 80435758145817515^3 + 12602123297335631^3 = 42.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.