Bu fikri “Intel”in aparıcı mühəndisi Coş Triplet yaxın günlərdə keçirilmiş açıq mənbə kodlu texnologiyalar üzrə sammitdə (Open Source Technology Summit – OSTS) çıxışı zamanı bildirib.
O, qeyd edib ki, şirkət yaxın gələcəkdə Rustun hələ də sistem və aşağı səviyyəli hazırlamalar sahəsində üstün olan C proqramlaşdırma dilinə bərabər olmasında maraqlıdır. O, həmçinin “Intel və Rust: sistem proqramlaşdırmasının gələcəyi” adlı çıxışında sistem proqramlaşdırmasının tarixi, C proqramlaşdırma dilinin necə sistem proqramlaşdırması dili olduğu, Rust proqramlaşdırma dilinin üstünlükləri və yaxın gələcəkdə onun proqramlaşdırmanın bu sahəsində C proqramlaşdırma dilini necə tamamilə əvəz edə biləcəyi barədə açıqlamalar verib.
3dnews.ru saytının məlumatına görə, Triplet Rust proqramlaşdırma dilinin C proqramlaşdırma dilini üstələyə və tamamilə əvəz edə bilməsi üçün ona lazımi funksiyaların tətbiq edilməsi ilə məşğul olacaq xüsusi işçi qrupu yaratmağa hazırlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.