Kompüter mausunu əvəz edən cihaz təqdim edilib

27 Avqust 2019 - 12:45 | Texnoloji yeniliklər
Kompüter mausunu əvəz edən cihaz təqdim edilib

“Swiftpoint” adlı kiçik şirkət istənilən yerdə kompüterlə işləmək üçün nəzərdə tutulmuş yığcam maus hazırlayıb.

hi-tech.mail.ru saytının məlumatında bildirilir ki, adi kompüter mausu və trekboldan ibarət olan “Tracpoint” adlı cihaz çox kiçik korpusa yığılıb və çəkisi 24 qr təşkil edir. Mausun korpusu elə hazırlanıb ki, onu üç barmaqla rahatlıqla tutmaq mümkün olsun. Həmçinin onun sensoru istənilən səthlə işləyir.

“Tracpoint” cihazını, həmçinin təqdimatların keçirilməsində istifadə etmək olar. Virtual göstəriciyə çevrilən maus vasitəsilə slaydları dəyişdirmək, proqramları işə salmaq və başqa tapşırıqları yerinə yetirmək mümkündür. Jestlərin sazlanması üçün qurğu “Windows” və “macOS” üçün proqram təminatı ilə birgə təqdim olunur.

“Tracpoint” layihəsi “Kickstarter” kraudfandinq platformasında yerləşdirilib. İlkin sifariş zamanı universal və yığcam mausun qiyməti 99 dollar təşkil edəcək. Şirkət cəmi 5 min dollar toplamağı planlaşdırsa da, 120 min dollar vəsait cəlb edib. Bu səbəbdən alıcılar artıq 2019-cu ilin oktyabr ayında mausu əldə edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.