“Cubic Motion” şirkəti istifadəçinin rəqəmsal surətini yaradan yeni texnologiyasını nümayiş etdirib. Həmin rəqəmsal surət daha sonra real vaxt rejimində idarə edilə bilər. Nümayiş zamanı kompüter tərəfindən yaradılan personaj öncə nitqlə çıxış edib, sonra salondakı insanların replikalarına reaksiya verərək, onlarla danışmağa başlayıb.
Əslində bunu başqa yerdə olan aktyor edirdi. Lakin onun mimikasının rəqəmsallaşdırılması və detalların təsvir olunması sürəti tamaşaçıların qarşısındakı monitorda illüziya yaradırdı ki, guya onlarla real kompüter personajı ünsiyyət saxlayır. Yeni texnologiyanın əsas üstünlüyü də məhz bundadır. Burada hər şey avtomatlaşdırılıb, halbuki analoji hollivud sistemlərində təsvirlər daim əl rejimində düzəldilir.
techcult.ru saytının məlumatına görə, yeni texnologiyanın tətbiqinin ən sadə üsulu özünü rəqəmsallaşdırmaq və kompüter oyununa avatar kimi əlavə etməkdir. Buradakı detallaşdırma insanın görünüşünün istənilən xüsusiyyətini düzgün əks etdirməyə imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.