İlk “ağıllı” bar fəaliyyətə başlayıb

07 Avqust 2019 - 16:58 | Maraqlı məlumatlar
İlk “ağıllı” bar fəaliyyətə başlayıb

Britaniyanın “DataSparQ” şirkəti ictimai müəssisələrin işçilərinə virtual növbəni formalaşdırmağa kömək edən texnologiya hazırlayıb. Onun mahiyyəti bara gələn insanların sifətinin skan edilməsi vasitəsilə onların sıra ilə qeyd olunmasındadır. Bunun üçün salon xüsusi kameralarla təchiz edilib. Barmenin yanında isə müştərilərin siyahısının əks olunduğu elektron ekran yerləşdirilib. Beləliklə, ziyarətçilər növbəni izləyərək, nə qədər gözləməli olduqlarını biləcəklər. Bu informasiya müəssisənin isçilərinin planşetlərinə ötürülür ki, bununla da onlar müştərilərə hansı ardıcıllıqla xidmət etməli olduqlarını öyrənirlər.

hi-news.ru saytının məlumatına görə, kamera, həmçinin ziyarətçilərin yaşını müəyyənləşdirir. “Ağıllı” bar sistemində ziyarətçilərin sifətinin skan edilməsi imkanı nəzərdə tutulub. Sistem müştərinin müvafiq yaş həddinə çatmadığını müəyyən edərsə, ofisiant sənədlərin yoxlanmasına ehtiyac yarandığı barədə xəbərdarlıq alacaq. Sistemin əldə etdiyi bütün məlumatlar 24 saatdan sonra məhv olur. Buna görə də istifadəçilər rəqəmsal təhlükəsizlik və anonimliklə bağlı narahatlıq duymayacaqlar.

Artıq London barlarından birində texnologiya tətbiq edilib və personal onun effektivliyini yüksək qiymətləndirib.

“Ağıllı” bar sistemindən istifadə üçün aylıq təxminən 241 ABŞ dolları ödəmək lazım olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.