Ölkəmizdə informasiya və rabitə xidmətlərinin həcmi artıb

17 Sentyabr 2014 - 12:00 | Mühüm hadisələr
Ölkəmizdə informasiya və rabitə xidmətlərinin həcmi artıb

Azərbaycan Dövlət Statistika Komitəsi növbəti dəfə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, ilin əvvəlindən ötən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 988,9 milyon manatlıq xidmət göstəriblər.
 
2013-cü ilin yanvar-avqustuna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artıb.  Xidmətlərin 72,6 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.