Günəş panelləri ilə təchiz edilmiş parça təqdim olunub

06 Avqust 2019 - 11:35 | Texnoloji yeniliklər
Günəş panelləri ilə təchiz edilmiş parça təqdim olunub

Alman tədqiqatçıları yumşaq və elastik günəş panellərindən ibarət parça hazırlayıblar.

hightech.plus saytının məlumatına görə, “Günəş parçası” Fraunhofer İnstitutunun alimləri və onların “PhotoTex” layihəsindəki həmkarları tərəfindən hazırlanıb. İxtiranın əsas elementi elastik günəş panellərinin sənaye istehsalı prosesidir.

Əsas problem yeni materialın aşağı səmərəliliyi ilə bağlıdır. İndi belə parçanın faydalı iş əmsalı 0,1-0,3 faiz aralığındadır. Alimlər gələcəkdə faydalı iş əmsalını 5 faizədək yüksəltmək niyyətindədirlər. Silisium fotoelementlərinin məhsuldarlığının yüksək olmasına baxmayaraq, alimlər ümid edirlər ki, onların yanaşması öz tətbiq sahəsini tapacaq. 5 il ərzində sözügedən parçanın satışına başlamaq planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.