Sentyabrın 11-13-də Türkiyənin İstanbul şəhərində beynəlxalq "CeBit Bilişim Eurasia" sərgisi keçirilib. Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən olan "CEBIT Bilişim-2014" qlobal konfransı informasiya və kommunikasiya texnologiyaları istifadəçiləri və təchizatçılarını bir araya gətirir.
Sərgi-konfransda, əsasən informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, şəbəkə texnologiyaları və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov da iştirak edib. Onun verdiyi məlumata görə, sərgidə nümayiş olunan müasir informasiya-kommunikasiya texnologiyalarının gələcəkdə institutun AzScienceNet elm kompüter şəbəkəsinin yenidən qurulmasında geniş tətbiqi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.