Yeni neyroşəbəkə saxta təsvirləri tanıyır

01 Avqust 2019 - 16:21 | Texnoloji yeniliklər
Yeni neyroşəbəkə saxta təsvirləri tanıyır

Kaliforniya Universitetinin alimləri orijinal təsvirin dəyişdirilib-dəyişdirilmədiyini 95 faiz dəqiqliklə müəyyən edə bilən süni intellektə malik alqoritm hazırlayıblar. İstehsalçıların sözlərinə görə, bu alətdən İnternetdə saxta təsvirlərin aşkar edilməsi məqsədilə aktiv istifadə olunacaq.

4pda.ru saytının məlumatında bildirilir ki, neyroşəbəkənin öyrədilməsi üçün 1000 ədəd orijinal və saxta təsvirdən istifadə olunub. Onun komponentlərindən biri təsviri kiçik fraqmentlərə ayıran və onları piksel üzrə nəzərdən keçirən “təkrarlanan neyron şəbəkə” olub. Digər hissə isə bütün təsviri ona daha ardıcıl səviyyədə baxmağa imkan verən kodlaşdırma filtrləri seriyasından keçirir.

İstehsalçılar nümunə kimi ağacın budağının fotosuna qoyulmuş quş təsvirindən istifadə ediblər. Alqoritm bu zaman quşun caynaqlarının ətrafındakı pikselləri problemli kimi qeyd edib. Eyni zamanda koder alqoritmi təsvirdəki şablonları müəyyən edə bilib. Neyroşəbəkənin hər iki komponenti eyni sahəni qeyd edənədək alqoritm quş və budağın şəklini potensial saxta təsvir kimi göstərib.

Buna baxmayaraq, istehsalçıların sözlərinə görə, hətta tanınmanın 99 faiz effektivliyi saxta təsvirlərin tanınması zamanı süni intellektin etibarlılığına zəmanət vermir. Bu səbəbdən hələ ki, saxta təsvirlərə qalib gəlmək haqqında danışmaq üçün tezdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.