“Xiaomi” şirkəti ona məxsus “Mijia” brendi ilə birgə mobil proqram vasitəsilə idarə olunan “ağıllı” mikrodalğalı soba istehsal edib. Avqustun 1-dən Çində satışa çıxarılacaq yeni sobanın qiyməti 399 yuan, yəni təxminən 58 ABŞ dolları təşkil edəcək.
hitech.vesti.ru saytının məlumatına görə, mikrodalğalı sobanın həcmi 20 litrdir. Cihazı “Wi-Fi” simsiz şəbəkəsinə qoşmaq və səsli əmrlərin köməyilə idarə etmək olar. Mobil proqramda yeni reseptlərə baxmaq, temperaturu təyin etmək və “Mijia Microwave Oven” cihazının müxtəlif funksiyalarını idarə etmək mümkündür.
“Mijia” mikrodalğalı sobasının ön tərəfində displey, vaxt və gücü tənzimləmək üçün fırlanan düymə, həmçinin 26 iş rejimini təyin etmək üçün 2 sensor düymə mövcuddur. Sobanın daxilində “Toshiba” şirkətinin istehsalı olan 700 vatt gücündə maqnetron quraşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.