“Toyota” insan boyunda robot-talismanlar, robot-köməkçilər və robot-humanoidləri təqdim edib. Onlar 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarının gedişatında idmançıları qarşılayacaq və tamaşaçıları təlimatlandıracaqlar.
hightech.fm saytının məlumatına görə, təqdim edilən qurğuların arasında göy-ağ “Miraitowa” və ağ-çəhrayı “Someity” robotu var. Robot-talismanlar rəsmi tədbirlərdə idmançıları və qonaqları salamlayacaq, beyinlərinə quraşdırılmış kamera vasitəsilə insanları tanıyaraq görüşmək üçün əllərini qaldıracaqlar.
“T-HR3” robot-humanoidi də təxminən həmin funksiyaları yerinə yetirəcək. O, həmçinin yarış və kütləvi tədbirlərdən video və səs ötürülməsi vəzifəsini də icra edəcək.
Daha bir qurğu “Support Robot” isə idmançılar tərəfindən atılan müxtəlif tullantı predmetləri təmizləyəcək.
Qeyd edək ki, bundan əvvəl “Toyota” 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları müddətində idmançıların daşınması üçün nəzərdə tutulan APM (Accessible People Mover) elektrik avtobusunu təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.