"Apple" şirkətində yeni məhsulların nümayişindən sonra nə baş verdi?

11 Sentyabr 2014 - 10:38 | Maraqlı məlumatlar
"Apple" şirkətində yeni məhsulların nümayişindən sonra nə baş verdi?, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

"Apple" şirkətinin rəhbəri Tim Kuk yeni məhsulların təqdimat mərasimində iPhone-u "istehlakçı məmnunluğuna görə dünyada ən çox sevilən smartfon" adlandırdı. Bu bəyanat səhmdarları o qədər də ruhlandırmadı. Belə ki, iPhone 6 və iPhone 6 Plus məhsullarının elanından dərhal sonra "Apple"in səhmləri 3 faiz artsa da, Watch saatlarının nümayişindən sonra aşağı düşdü.

Sentyabrın 9-na olan nəticələrə görə, "Apple"in səhmləri 97,99 dollar oldu ki, bu da 1 gün əvvəl ilə müqayisədə 0,38% azdır. Ümumilikdə, Kaliforniya nəhənginin bazar kapitallaşması təxminən 30 milyard dollara kimi azaldı.

dailycomm.ru saytından bildiriblər ki, 2014-cü ilin əvvəllərindən "Apple"in qiymətli kağızları ümumilikdə 20% bahalaşmışdı. Həmin dövr üçün S&P 500 indeksi isə yalnız 7,8% yüksəlmişdi.

"Bespoke Investment Group" analitiklərinin sözlərinə görə, "Apple" səhmlərinin cari vəziyyəti səciyyəvi hal hesab oluna bilər: onlar yeni məhsulların işə salınması ərəfəsində bahalaşır, ay boyunca qiymətdən düşür, üç ay sonra isə yenidən artım nümayiş etdirməyə başlayırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.