İnsan sifətini 99,8 faizlik dəqiqliklə müəyyənləşdirən sistem hazırlanıb

09 Sentyabr 2014 - 15:38 | Texnoloji yeniliklər
İnsan sifətini 99,8 faizlik dəqiqliklə müəyyənləşdirən sistem hazırlanıb

Çin alimlərinin hazırladığı sifətin tanınması sistemi lazım olan adamı insan axınında 91 müxtəlif rakursdan 99,8 faiz dəqiqliklə müəyyən etmək qabiliyyətinə malikdir. Proqram identik əkizlər arasında fərqi tapa, qrimlənmiş üzləri tanıya, eləcə də qalın geyimə bürünmüş adamı identifikasiya edə bilir.

Alimlər tərəfindən hazırlanan sistem artıq növbəti ildə planşetlər üçün əlavə şəklində satışa çıxarılacaq. Texnologiya üzü 100 faizlik dəqiqliklə tanımaqla yanaşı, həm də bunu çox tez edir.

Hazırda yalnız Çində istifadə olunan texnologiya artıq Karnegi-Mellon Universitetinin dünya standartları reytinqində liderdir. Qeyd edək ki, sifətin dəqiqliklə tanınmasında əvvəlki rekord 97,6 faiz səviyyəsində olub.

Proqram İllinoys UniversitetiSinqapur Milli Universitetinin dəstəyi ilə 50 milyon çinlinin sifətinin yer aldığı məlumat bazasından yararlanıb.

securitylab.ru