Robotlar tərəfindən yetişdirilən göyərti satışa çıxarılıb

10 May 2019 - 12:52 | Texnoloji yeniliklər
Robotlar tərəfindən yetişdirilən göyərti satışa çıxarılıb

Kaliforniyanın “Iron Ox” şirkəti robotların avtomatlaşdırılmış fermada yetişdirdikləri göyərtini satışa çıxarıb.

ferra.ru saytının məlumatında bildirilir ki, ötən ilin oktyabr ayında yaradılmış fermada çoxsaylı robotlar (manipulyatorlar və özüyeriyən yükdaşıyanlar) “işləyirlər”. İnsanlar isə şitilləri əkir, bitkiləri satış üçün qablaşdırırlar. Şirkət rəhbərinin sözlərinə görə, fermada məhsulun yetişdirilməsinə kömək edən süni intellekt texnologiyalarından istifadə olunur.

San-Karlos şəhərində yerləşən mağazadan yalnız turşəng (60 qram 2,49 dollar), reyhan (1 qutu 2,99 dollar) və kahı (1 qutu 4,99 dollar) əldə etmək olar.

Ekspertlərin fikrincə, avtomatlaşdırılmış əkinçilik hələ ki, ənənəvi fermaları əvəz edə bilmir, lakin bazarda öz yerini alır. Bundan başqa, belə fermalar daha az yer tutur və onları şəhərlərə daha yaxın yerlərdə təşkil etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.