Yaxın beş il müddətinə eşitməni yaxşılaşdıran, xəstəliklərə diaqnoz qoyan və stressin öhdəsindən gəlməyə kömək edən ağıllı mikroqulaqcıq istehsal oluna bilər. Artıq mövcud olan lazımi texnologiyaların vahid qurğuya birləşdirilməsi planlaşdırılır.
Əgər gözlər “ürəyin güzgüsüdürsə”, onda qulaqları da beyinin USB-portu adlandırmaq olar. Onlar yalnız eşidilən informasiyanı yığıb ötürmür, həm də insanın psixi və fiziki vəziyyəti barədə məlumat verirlər.
Güman edilir ki, artıq yaxın gələcəkdə bir çox faydalı funksiya yerinə yetirən ağıllı mikroqulaqcıqlar geniş yayılacaq. Bu qadjetlər səs-küylü mühitdə ünsiyyət zamanı fon səslərini azaldaraq həmsöhbətlərin nitqinin səsini yüksəltməyə imkan yaradacaq. Sahibinin hansı dialoqa “qoşulmaq” istəməsini qurğu özü müəyyənləşdirəcək.
hightech.plus saytının məlumatına əsasən, mikroqulaqcıqlar maşında və ya mənzillərdə digər qurğulara köklənərək psixi vəziyyətin tənzimləyicisinə çevriləcək, stressi və həyəcanı azaldacaqlar. Qadjet uzun müddət daşındıqda insan orqanizmində baş verən dəyişikliklər qeyd edilərək hansı xəstəliyin simptomu olduğunu müəyyənləşdirəcək.
Ağıllı qulaqcıqların istehsalını reallaşdırmaq üçün bir sıra problemlər ilə yanaşı, dəri və tənzimləyici səth arasında sıx fasiləsiz əlaqəni təmin etmək lazımdır. Bundan əlavə, alqoritmlərə çeynəmə və ya asqırma zamanı əlaqələrin qısa müddətli qırılmalarını nəzərə almaq öyrədilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.