“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virtual dünyanın qəbul edilməsini asanlaşdıran VR şlemlər üçün proqram funksiyaları dəsti hazırlayıblar.
itc.ua saytının məlumatına əsasən, tərtibatçılar reallaşdırma xüsusiyyətlərinə görə iki qrupa bölünən 14 funksiya hazırlayıblar. 9 funksiya plaqin şəklində reallaşdırılıb – onları “HTC Vive” şlemləri üçün istənilən proqramla istifadə etmək olar.
Plaqin şəklində əlçatan funksiyaların bir hissəsi şəkli böyütməyə, vizual manipulyasiyalar (parlaqlıq və kontrastı yüksəltmək) etməyə imkan verir. Digər funksiyalar isə mürəkkəb mexanizmlərdən istifadə edərək obyektlərin konturlarını seçir, eləcə də mətni oxuyur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.